. .

“Məcburi köçkünlər o evlərdə müvəqqəti yaşayır” - “Qaçqınkom” sədri

18:19 - 09 Aprel
    16833 oxunma

“Məcburi köçkünlər üçün salınmış 115 qəsəbədə mənzillər onların öz torpaqlarına qayıtmasından sonra digər dövlət strukturlarının balansına veriləcək”. Bu barədə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev haqqin.az-a müsahibəsində bildirib. 

““Qaçqınkom”un balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər göstərilib.

Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək. Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək”.

O, azərbaycanlıların Xankəndinə, Xocalıya və hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər ərazilərə qayıtmasının “zaman məsələsi” olduğunu bildirib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84