““McDonalds“ və “Burger King“ bizim əsas problemimiz deyil“ - Aygün Kazımovadan REAKSİYA

15:15 - 30 Oktyabr
    27180 oxunma

Xalq artisti Aygün Kazımova da "McDonalds", "Burger King", "Papa Johns" restoranlar şəbəkəsini boykot edib. 

Sosial şəbəkə hesabında bu barədə paylaşım edən pop-diva buna göz yumularsa digər şirkətlərin də eyni addımı atacağını qeyd edib: "Düzdür, bu gün "McDonalds" və "Burger King" bizim əsas problemimiz deyil, amma buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcək.

Ona görə boykot! Hər kəs ölkəmizon ərazi bütövlüyünə hörmət etməlidir".

Xatırladaq ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.

Bizimxeber.az

 
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84