Mavritaniyada qalan 4 dənizçi ilə bağlı AÇIQLAMA

15:58 - 30 Aprel
    965 oxunma

Mavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət 4 dənizçi mövcud problemlərlə əlaqədar olaraq Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə müraciət ünvanlayıb.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun Bizimxeber.az-a verdiyi məlumata görə, müraciətə dərhal reaksiya verilərək Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərlə əlaqə saxlanılıb, dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq onların otel və digər xərcləri ödənilib, lazımi köməkliyin göstərilməsi təmin edilib. 

Dövlət Dəniz Agentliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görür. 

Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya İslam Respublikası və Azərbaycanda xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir.

Qeyd edək ki, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84