“Maska və kombinzon həkimlərə kömək etməyəcək” - Myasnikov

17:03 - 22 İyun
    1370 oxunma

“Xüsusi geyimlərə və etibarlı müdafiə vasitələrinə baxmayaraq, tibb işçiləri koronavirusa yoluxmağa davam edirlər. Çoxillik tədqiqatlar göstərir ki, qrip epidemiyalarında bütün həkimlərin 10%-i maska taxmaqlarına baxmayaraq öz xəstələrindən virusa yoluxur”.

Bizimxeber.az-ın məlumatına əsasən, bu barədə Telegram kanalında tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yazıb. 

"Xəstələr sağalıb gedirlər, amma həkimlər isə iri həcimli virus yükü alırlar. Yeri gəlmişkən, sonrakı epidemiyalar üçün bir xatırlatma edim - əsas diqqəti xəstəxanalarda ambulator müalicədə olan yalnız çox ağır xəstələrə yönəlmək lazımdır", - deyə həkim bildirib.

Myasnikovun sözlərinə görə, "yeni koronavirus" statistikasına dair ilkin nəticələr olsa da, bu statistikaya müvafiq hər hansı bir qabaqlayıcı və ya sonrakı tədbirlərdən danışmaq tezdir. Çünki, müxtəlif ölkələrdə uçot məsələsində qeyri-bərabər yanaşmalar, "kadr arxasında" qalan baza parametrləri həddindən artıq çoxdur.

Məsələn, Böyük Britaniyada may ayında 34 min nəfər dünyasını dəyişib, onlardan 180 nəfər həkimdir, İtaliyada (30,7 min və 200 tibb işçisi), ABŞ-da (81,7 min və 389 tibb işçisi), İranda (6,7 min və 107 tibb işçisi) və s. Ölkələrdə tibb işçiləri vəfat edib.

Rusiyada Roszdravnadzor un məlumatına görə, COVİD-19-dan  489 tibb işçisi ölüb, yəni ölənlərin ümumi sayının 15% - ni ( 7660 nəfər) həkimlər təşkil edir.

"Belə nəticə çıxarılır ki, bu, ümumdünya səviyyəsindən çox yüksəkdir rəqəmdir", - deyə həkim yazır.

Myasnikovun sözlərinə görə, dünya ölkələrində COVİD-19- a yoluxanların statistikası düzgün qeyri-bərabər aparılır: “Təşvişə düşüb statistikaları şişirtməyə ehtiyac yoxdur. COVİD-19-a yoluxma statistikasında ağır və xəstəxanaya yerləşdirilmiş xəstələrin sayını nəzərə almaq lazımdır. Evdə yüngül formada yoluxulan virus, bir qayda olaraq, məişətdə o qədər də virulent və təhlükəli deyil”.

O qeyd edib ki, virus nəsilləri yoluxmuş, lakin asimptomatik daşıyıcıların zəncirindən keçərək güclərini itirirlər. Həkimin sözlərinə görə, evdə yoluxan virus, bir qayda olaraq, məişətdə o qədər də virulent və təhlükəli deyil. Çünki virus nəsilləri, yoluxmuş, lakin asimptomatik insanlardan keçməklə gücünü  itirir.

Xəstəxanalarda isə viruslar qalib gəlir. Çünki,tibbi yardım üçün müraciət edənlər yüksək virulent və təhlükəli virusun daşıyıcılarıdır və onlar həkimləri yoluxdurur.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84