Maska oğruların işinə yarayır: nə etməli? - Kriminalist

14:14 - 11 Sentyabr
    2105 oxunma

Son günlər tibbi maska taxaraq oğurluq edənlərin sayı artıb. Oğrular yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Əksər hallarda isə onların üzləri təhlükəsizlik kamerasına düşmür və oğurluq edənin şəxsiyyətini müəyyənləşdirmək çətinləşir.

Kriminalist, keçmiş polis rəisi Mahmud Hacıyev açıqlamasında bu cür cinayətlərin çözülmə üsullarından danışarkən deyib ki, hazırda yaranmış vəziyyətdən oğrular öz məqsədləri üçün istifadə edir:

“Onlar da insandır, beyinləri çox yaxşı işləyir. Amma ağıllarını pis əməllərə yönəldirlər. İndi hamı tibbi maskadan istifadə edir. Heç kim onlara deyə bilməz ki, maska taxmayın. Qəribə vəziyyətdir. Həmin adamlar tibbi maskadan istifadə edirsə, deməli, peşəkar oğrular, cinayətkarlardır. Ona görə tibbi maska taxırlar ki, başqaları onların nə vaxtsa, tamam ayrı bir yerdə oğurluq etdiyini görə, tanıya bilərlər. Onlar ehtiyatı əldən vermirlər. Belə olan halda əməliyyatçıların işi çətinləşir”.

Kriminalistin fikrincə, hüquq-mühafizə orqanları bu cür hallarda oğruları yaxalamaq üçün alternativ yollardan, texniki vasitələrdən istifadəyə üstünlük verməli olurlar:

“Yüksək inkişaf etmiş ölkələrdə barmaq izlərinin kartotekası güclüdür. Üz tanınmırsa, barmaq izləri yoxlanılır. Çünki məşhur oğruların barmaq izləri bütün polis orqanlarında mövcuddur. Bunlar “tanış və ya məşhur barmaqlar” adlandırılır. Onların vasitəsi ilə oğrular, cinayətkarlar müəyyənləşdirilir. Oğru üzünü örtürsə, barmağına fikir vermir, barmağını örtmür. Hətta əlcək də iz götürməyə mane olmur. Onların “populyar naxışları” cinayət törətdiyi yerlərdə mütləq qalır. Bundan sonra bilinir ki, vaxtilə oğurluq etmiş adamın barmaq izidir, yoxsa başqasıdır”.

Mahmud Hacıyev maskadan istifadə edən oğrular üçün də xüsusi cihazların olduğunu deyib: “Ağ maskanın yox, amma göy, qara rəngli maskadan istifadə edənlərin üzlərini müəyyənləşdirmək üçün ultrabənövşəyi şüalardan istifadə edilir. Bu zaman gizli üz neytrallaşdırılır, sifət ağarır və oğrunun, cinayətkarın kimliyi müəyyənləşir. Bu, daha effektiv üsuldur. Rusiyada, Avropada bundan geniş istifadə olunur. Yenə də faktın təsdiqlənməsi üçün barmaq izlərinə ehtiyac duyulur”. /Axar.az/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84