“Masazır məktəbində baş verən hadisə ilk və sonucu hal deyil...”

12:41 - 26 Dekabr
    2190 oxunma

"Bu müəllim kifayət qədər qaydanı pozub". Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov Abşeron rayonunda gözü zəif görən şagirdə "anormalsan, korsan” deyən müəllimə verilən cəzadan danışarkən deyib. O bildirib ki, əgər müəllim qaydaları pozubsa, töhmətlə iş bitməməlidir, daha sərt cəzalar olmalıdır: 

"Çox təəssüflər olsun ki, son günlər təhsil sistemində baş verən hadisələr, xüsusən də məktəb rəhbərlərinin və müəllimlərin bəzi davranışıları bu peşəyə olan insanların etibarını sarsıdır. 2014-ci ildə "müəllimlərin etik davranış qaydaları" ilə bağlı qanun qəbul edilib.

Qanun tələb edir ki, müəllim öz vəzifə funksiyalarının icrası zamanı qanunlara, tələblərə və xüsusən də insan hüquqları, demokratik prinsiplərə əməl etsin. Müəllim vicdanlı olmalıdır və tənqidi fikirləri qəbul etməlidir. Masazır məktəbində baş verən hadisə birinci və sonucu hal deyil.

Sonuncu olması üçün addımlar atılmalıdır. Nə qanunvericilik, nə də beynəlxalq huquq heç bir müəllimə imkan vermir ki, o, qarşı tərəfi təhqir etsin. Heç bir müəllim nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Bu, qanunda əksini tapıb". 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84