Markov: “Bakı və Moskva Ermənistanın təxribatlarını çox yaxşı başa düşür"

16:06 - 04 Oktyabr
    745 oxunma

“Ermənistanın siyasi vəzifəsi döyüş əməliyyatlarının coğrafiyasını genişləndirməkdir. Onlar Azərbaycanı təhrik edirlər ki, onların ərazilərinə zərbə endirilsin”. Bunu “Report”a rusiyalı politoloq Sergey Markov Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan ərazisindən atəşə tutulmasına münasibət bildirərkən deyib.

“Ancaq çoxu bilmir ki, KTMT bu vəziyyətdə də müdaxilə etmək qərarına gəlməyəcək, çünki təşkilatın özündə də Azərbaycanın bir çox müttəfiqi var. Türk dünyası ölkələrindən Qazaxıstan və Qırğızıstan, eləcə də müsəlman Tacikistan, habelə slavyan və pravoslav, lakin Azərbaycanla yaxından dost olan Belarus Ermənistana hərbi yardım göstərmək istəməyəcək və bu qərarı əngəlləyəcək”, - politoloq bildirib.

Ekspertin fikrincə, Ermənistan hər cür yolla Rusiyanı təhrik etməyə və münaqişəyə cəlb etməyə çalışır. “Bunun üçün Rusiyada güclü erməni təbliğatı çalışır. Onlar var gücləri ilə münaqişəni Ermənistanla Azərbaycan arasındakı müharibə kimi deyil, Cənubi Qafqazda Türkiyə və Rusiya arasındakı müharibə kimi təqdim edirlər. Ancaq Rusiya bu münaqişəyə qarışmaq istəmir”, - o söyləyib. 

S.Markov həmçinin əlavə edib ki, Paşinyan bir çox cəhətdən həm müharibədə, həm də diplomatik səviyyədə məğlub olub: “Paşinyan, xüsusən də Rusiyadan ümid etdiyi siyasi dəstəyi almadı. Ancaq bu təbiidir. O, Sorosun casusudur. Rusiya niyə ona yardım etməlidir?”

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84