.
.

"Maral Nacaryana görə, Matviyenko şəxsən Sahibə Qafarovaya zəng edib" - Erməni deputat 

13:19 - 11 Mart
    12480 oxunma


Erməni mətbuatında Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanın Livana qaytarılmasının detalları açıqlanıb.  

"Maral Nacaryan Livan hökumətinin, Ermənistanda ayrı-ayrı şəxslərin, həmçinin Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun səyi ilə əsirlikdən qaytarılıb". Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik Armenia"nın müxbiri ilə söhbətində "Çiçəklənən Ermənistan" partiyasının deputatı Naira Zoqrabyan bildirib. 

O, qeyd edib ki, erməni əsirlərinin problemləri və qaytarılması ilə çoxsaylı qurumlar, ayrı-ayrı şəxslər məşğul olurlar: "Maral məsələsi ilə bağlı onu deyə bilərəm ki, biz hamımız işləmişik, bu kollektiv işdir". 

Naira Zoqrabyan deyib ki, Maral Nacaryanın qaytarılması üçün Ermənistanın Andorradakı keçmiş fəxri konsulu Ara Baqdasaryan da fəal iş aparıb. Həmçinin Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bu məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə şəxsən əlaqə saxlayıb: "Maralın qaytarılması barədə qəsdən məlumat vermədilər ki, buna heç nə mane olmasın. Dünən səhər mən Rusiyadan Maralın artıq İstanbulda olması barədə məlumat aldım və o, saat 21:30-da reyslə Beyruta uçub".

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84