Manukyan: Rusiyasız ordumuzu bərpa edə bilməyəcəyik
-
1580 oxunma

Rusiya köməyi olmadan Ermənistan ordusu öz döyüş qabiliyyətini bərpa edə bilməyəcək. Bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.
“Bu regionun əsas oyunçuları Türkiyə və Rusiyadır. Ankaranın artıq Gürcüstana böyük təsiri var. Türkiyə Azərbaycana güclü təsir göstərir. Hazırkı şəraitdə əgər biz Türkiyə ilə gələcəyimizi bağlasaq, o zaman məhvə məhkum olacağıq. Ona görə də Ermənistan üçün Rusiyanın rolu heç vaxt olmadığı qədər vacibdir”, – deyə o bildirib.
O, Moskvanın Türkiyəyə görə Ermənistanın maraqlarını qurban verəcəyinə inanmadığını deyib: “Sürətlə dəyişən regionda Rusiya minimum 5 il bizim stabil təhlükəsizlik qarantımız və müttəfiqimizdir. Rusiyasız biz ordumuzu bərpa edə bilməyəcəyik”.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84