"Mançester Siti" beş cavabsız qol vurub

01:18 - 23 İyun
    4360 oxunma

"Mançester Siti "öz meydanında İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşmada "Bernli"ni darmadağın edib. 

Bizimxeber.az "Lenta"ya istinadən xəbər verir ki,  görüş iyunun 22-də bazar ertəsi keçirilib və 5:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Qaliblərin heyətində Fil Foden və Riyad Marez dubl ediblər. Bir qolu isə öz hesabına David Silva yazıb.

Qələbə "Mançester Siti" yə 63 xal toplamağa, çempionatda ikinci yerdə qərarlaşmağa və lider "Liverpul"a 20 xal yaxınlaşmağa imkan verib. "Bernli"nin aktivində 39 xal var və komanda 11-ci yeri tutur.

"Mançester Siti" iyunun 25-də keçiriləcək növbəti turda, səfərdə "Çelsi"ilə qarşılaşacaq. Elə həmin gün"Bernli "öz meydanında"Uotford" u qəbul edəcək.

 

Bizimxeber.az
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84