Manat hansı valyutalara nisbətdə bahalaşıb? - ŞƏRH

16:58 - 08 Dekabr
    2160 oxunma

"2015-ci ilin devalvasiyasından sonra Azərbaycan milli valyutasının real məzənnəsində ən yüksək bahalanma son 10 aya təsadüf edir”. Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə hesablanan real məzənnə ötən ilin dekabrına nisbətən son 10 ayda 6.6% bahalanıb:

 "Bu baxımdan nominal məzənnənin dinamikasını izləmək maraqlıdır.

İlin əvvəlindən Azərbaycanın xarici ticarətinin 80%-ni təmin edən 13 ölkənin valyutasına nisbətən manatın nominal məzənnəsində dəyişilk belə olub:

1) Sabit qalıb: ABŞ dolları və İran rialına nisbətən; 

2) Ucuzlaşıb: avroya nisbətən 7,7%, C. Koreya vonuna və Çin yuanına qarşı 6.5%, İsrail şekelinə nisbətən 5,6%;

3) Bahalaşıb: Türk lirəsinə qarşı 31,5%, Belorus rubluna qarşı 22.2%, rus rubluna qarşı 19.5%, Ukrayna qrivnasına qarşı 18,9%, gürcü larisinə qarşı 15,1%.

Manatın real bahalanması partnyor ölkələrin əksəriyyətində inflyasiyanın Azərbaycanla müqayisədə nisbətən aşağı olması və əksər valyutalara nisbətən məzənnənin nominal bahala.ması ilə bağlı olub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84