Manaf Ağayev: “Evdən pul oğurlayıb, qumar oynamışam”  - VİDEO

15:34 - 14 Yanvar
    3030 oxunma

ARB TV-nin "Onun Sirri” verilişində ifaçı Manaf Ağayev qonaq olub. Gənclik illərindən danışan sənətçi maraqlı etirafla gündəm olub: "Çox gənc yaşlarımda evdən pul oğurlayıb qonşu uşaqlarla qumar oynamışam. Kənd yeri idi, pul lazım olurdu, mən də başqa yerdən oğurlaya bilməzdim. Ona görə də öz evimizdən oğurluq edirdim.

Bir gün anam dedi ki, "pul qoymuşdum, yoxdur". Əvvəlcə inkar etdim. Sonda bilindi. Anama yalvardım ki, atama deməsin, amma dedi. Atam da məni ağacla yaxşıca döydü. Bu gün o illəri xatırlayanda özümə gülməli gəlir”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84