Maksim Qalkin Putinlə Sobyaninin görüşünü parodiya etdi - VİDEO

11:32 - 29 May
    4925 oxunma

Maksim Qalkin Qryaz kəndindəki malikanəsində eyni vaxtda prezident Vladimir Putin və Moskva meri Sergey Sobyanini oynadığı parodiya videosu hazırlayıb. 

Videoda Qalkinin personajları koronavirusla bağlı özünü təcridetmə rejimini yüngülləşdirmək mövzusunu müzakirə edir və gəzinti cədvəlinin necə qurulacağından danışır. "Putin"in qarşısında prezident iclaslarında olduğu kimi bir kağız və qələm var. "Sobyanin" isə fantastik gəzinti sxemi hazırlayır. Hər şey uğurla başa çatır - cədvəl adı düzəldilərək təsdiqlənir.

Zarafat bir yana, amma Moskvada koronavirusla bağlı vəziyyət hələ də ciddidir - buna görə şəhər rəhbərliyi karantin rejimini yumşaltmaq işində son dərəcə ehtiyatlı hərəkət edir. Hazırkı bələdiyyə başçısının sözlərinə görə, iyunun 1-dən etibarən gəzintilər üçün icazə hələlik iki həftəlik tətbiq olunur - gələcək qərarlar epidemioloji vəziyyətdən asılı olacaq. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84