Makronun İslam dini ilə bağlı çıxışına Ərdoğandan - Reaksiya

18:18 - 06 Oktyabr
    825 oxunma

“Fransa Prezidenti Emmanuel Makronun müsəlmanların çoxluq təşkil etdiyi bir şəhərdə İslamın böhranda olduğunu deməsi açıq bir təxribatdır”.

Bizimxeber.az bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Milli Konqres və Mədəniyyət Mərkəzindəki çıxışında deyib. “Əslində, Makron Fransa və fransız cəmiyyətinin böhranını gizlətmək istəyir. Bizə və inanclarımıza hörmətsizliyə heç vaxt dözə bilmərik.

Xüsusilə, 3 günlük dünya həyatında haqqı fəda etmərik. Dövlət başçıları insanların müqəddəs saydığı mövzularda danışarkən diqqətli olmalıdırlar. Makronun da çox diqqəti olmağa ehtiyacı var. Bunu dəfələrlə ona bildirmişəm. “Bu işi bilmirsən” demişəm. İndi isə onun məsuliyyətli bir dövlət xadimi kimi davranmasını gözləyirik”,- deyə Ərdoğan qeyd edib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84