Mahir Quliyev yüzlərlə sakinin torpağını zəbt edibmiş - yeni detallar - VİDEO

21:35 - 02 May
    3235 oxunma

Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin yüzlərlə sakinin torpağını mənimsəməsi faktı REAL TV-nin reportajında işıqlandırılıb. 

Reportajda M.Quliyevin rayona rəhbərlik etdiyi doqquz il ərzində sakinlərin sənədli torpaq sahələrini zəbt etməsindən, bu sahələrdə öz biznesini qurmasından danışılır. Şikayətçilərdən biri Biləsuvar sakini Xanhüseyn Hüseynovdur. O, deyir ki, 50 hektar torpaq sahəsi M.Quliyev tərəfindən zorla əlindən alınıb. 

Telekanalın Biləsuvardan olan başqa bir reportajında isə bildirilib ki, M.Quliyev rayona rəhbərlik etdiyi dövrdə onun göstərişi ilə Heydər Əliyev parkında ümummilli liderin heykəli götürülüb və gözdən uzaq bir yerə - rayon mərkəzindən 26 kilometr aralıqda yerləşən Səmədabad kəndinə aparılıb. Hazırda heykəl həmin kənddədir.

Həmin park isə baxımsız vəziyyətdədir və burada yalnız yerlərin satışı həyata keçirilir. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84