Mahir Quliyevin iki kadrı vəfat etdi

13:31 - 26 Noyabr
    2050 oxunma

Biləsuvar Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq rəhbəri vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bir müddətdir xərçəngdən əziyyət çəkən baş memar Yaşar Əzimov dünyasını dəyişib. 

Rayonun həbsdə olan keçmiş icra başçısı Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov da həyatını itirib. Onun koronavirusdan öldüyü bildirilir.

Qeyd edək ki, Mahir Quliyev bu ilin aprel ayında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  icra hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə ittiham olunurdu.

DTX-nin yaydığı rəsmi məlumatda P. Şahbazovun da adı çəkilirdi. Bildirilirdi ki, Mahir Quliyev köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84