.
.

“Magnus Carlsen Invitational”dakı Azərbaycan derbisi sülhlə bitdi

01:04 - 16 Mart
    54720 oxunma


Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsi davam edir. “Magnus Carlsen Invitational” adlanan yarışın 13-cü turunda Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gəliblər.

Qarşılaşma 37-ci gedişdə heç-heçə başa çatıb. Bu görüşdə Məmmədyarov ağ, Rəcəbov isə qara fiqurlarla oynayıb. Qeyd edək ki, Məmmədyarov günün ilk oyununda rusiyalı Yan Nepomnyaşiyə uduzsa da, ikinci qarşılaşmada onun həmyerlisi Sergey Karyakinə qalib gəlib.

Rəcəbov isə ilk partiyada ispaniyalı David Antonu məğlub edib. 34 yaşlı qrossmeyster növbəti görüşdə isə isveçli Nils Qrandeliusla sülh bağlayıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84