MüAdministration əlimllərin maaşı nə üçün azdır? - RƏSMİ CAVAB

20:13 - 05 Dekabr
    3490 oxunma

"Müəllimlərin motivasiyası ilə əməkhaqqısı arasında əlaqə var. Bilirsiniz ki, son dövrlər ölkə başçısının müvafiq sərəncamları ilə müəllimlərin əməkhaqlarında əsaslı dəyişikliklər edilib. Müəllimin əməkhaqqı son dövrlər ən çox artan əməkhaqlarındandır. Demək olar ki, ölkə üzrə orta əməkhaqqına çatır".

Bunu təhsil naziri Emin Əmrullayev deyib. "Müəllimlərin əməkhaqqısının miqdarına təsir edən faktorları düzgün başa düşməliyik. Çünki bizim təhsil sistemimiz hələ də sovet dövründən qalmış "stavka" sistemi ilə işləyir. Həmin sistem saata bağlıdır. Müəllimlər ona görə aşağı maaş alırlar ki, onların saatları çox yuxarı deyil.

Mənə elə gəlir ki, son illər təhsil sistemində iki böyük uğura imza atmışıq. Birincisi, şagird-müəllim nisbəti kifayət qədər yaxşılaşıb. İkincisi isə artıq müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil. Mənə elə gəlir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərə daha çox motivasiya verə bilər", - o bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84