Lukaşenkonun Moskva səfəri bu tarixi bəlli oldu  

16:24 - 11 Sentyabr
    2240 oxunma

Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş 14 sentyabrda baş tutacaq. Bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib: “İşgüzar bir səfər olacaq, Lukaşenko Prezident Putinlə söhbət edəcək”.

Onun sözlərinə görə, görüşdən sonra yekun mətbuat konfransının keçirilməsi planlaşdırılmır. Bununla yanaşı, Peskov Kremlin Putin və Lukaşenko arasındakı danışıqların əsas nəticələri barədə məlumat verəcəyini bildirib: “Biz bunu mütləq etməyə çalışacağıq. İki prezidentin görüşünün başlanmasının protokol hissəsi ictimaiyyətə açıqlanacaq”.

Xatırladaq ki, 30 avqustda baş tutan telefon danışığı zamanı Putin və Lukaşenkonun Moskvada görüşmək barədə razılığa gəldiyi bildirilmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84