Lukaşenkonun məşuqəsi adlandırılan gözəl döyülənlərə baş çəkdi, üzr istədi

12:25 - 21 Avqust
    2505 oxunma

Keçmiş "Miss Belarus" Maria Vasileviç Aleksandr Lukaşenkoya qarşı etiraz nümayişlərini dağıdan Belarus təhlükəsizlik qüvvələrinin vəhşiliklərinin qurbanlarını ziyarət edib. Hazırda Milli Məclisin üzvü olan qız bundan əvvəl qan tökülməsinə qarşı çağırış etmişdi. 

"Naşa Niva" xəbər verir ki, keçmiş gözəllik kraliçası "Etirazlar zamanı zərər çəkmiş insanlarla danışmaq istədik, görək hansı xəsarətlər var, nə kömək lazımdır”, - deyib.  Millət vəkili Minsk xəstəxanasının həkimləri ilə də söhbət edib. Vasilyeviçin sözlərinə görə, müharibə getmədiyi vaxtda belarusların küçədə belə xəsarət aldıqlarını başa düşmək çətindir: "Ancaq bunu qəbul etməliyik və hər şey etməliyik ki, bu, bir daha təkrar olunmasın".

O, hakimiyyətin nümayəndəsi olaraq zərərçəkənlərdən üzr istədiyini qeyd edib – baxmayaraq ki, bəlkə də onun buna səlahiyyəti yoxdur: "Mənim belə bir hüququm olub-olmadığını bilmirəm, amma insan olduğum üçün çox təəssüf edirəm", - sosial şəbəkələrdə Lukaşenkonun kiçik oğlu, 15 yaşlı Kolyanın nişanlısı, bəzən də 65 yaşlı liderin özünü "məşuqəsi" kimi qələmə verilən 23 yaşlı qız deyib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84