Lukaşenko və 30-dan çox Belarus rəsmisinin Litvaya girişi yasaqlandı

13:28 - 20 Avqust
    2965 oxunma

Litva Aleksandr Lukaşenko və 30-dan çox Belarus səlahiyyətlisini giriş məhdudlaşdırılanlar siyahısına daxil edib. Bu haqda "Delfi” qəzeti Litva Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Ölkəyə girişinə yasaq qoyulan məmurların adları açıqlanmayıb. Litva Xarici İşlər Nazirliyinin başçısı Linas Linkeviciusun sözlərinə görə, siyahıda OMON, KQB və Belarusiya Mərkəzi Seçki Komissiyasının rəsmiləri var.

Linkeviçyus əlavə edib ki, Litva Belarusdakı etirazçılara qarşı "zorakılıq və həddindən artıq güc tətbiq edənlərə" qarşı sanksiya tətbiq etmək üçün Avropa Şurasının qətnaməsini dəstəkləyir. O, seçkiləri saxtalaşdıranlara da məhdudiyyətlərin qoyulduğunu diqqətə çatdırıb.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84