Lukaşenko koronavirusu "Allahın cəzası" adlandırdı

17:39 - 05 Yanvar
    1000 oxunma

Təbiətə məsuliyyətsizcəsinə yanaşdığı üçün Allah bəşəriyyəti koronavirus pandemiyası ilə cəzalandırıb. Bizimxeber.az "Sputnik Belarus”a istinadla xəbər verir ki, bu sözləri Minskdə "Horizont” müsəssisənin əmək kollektivi ilə görüşündə Belarus Prezidenti Lukaşenko söyləyib.

"Təbiətlə harmoniyada olmasaq, özümüz xəstə, uşaqlarımız kasıb olacaq", - Lukaşenko deyib.

Lukaşenko ekologiyanın xüsusi əhəmiyyətini qeyd edib və ölkədə elektrik enerjisindən istifadənin genişləndirilməsi üçün kampaniya başlatdığını xatırladıb. O bildirib ki, Belarus artıq öz elektrik avtomobillərini istehsal etməyə başlayıb, onları təkcə xaricdən almaqla kifayətlənmir, küçələrdə isə elektrik avtobusları görünməyə başlayıb.

O, qeyd edib ki, bir sıra Avropa ölkələrində daxili yanma mühərriklərindən tamamilə imtina ediləcəyi tarixlər artıq məlumdur: "Bizim bunu daha əvvəl etmək şansımız var və edəcəyik", - Lukaşenko qeyd edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84