Lukaşenko ilə Putinin telefon danışığı baş tutdu

15:11 - 15 Avqust
    2895 oxunma

Belarusiya Prezidenti Aleksandr Lukaşenko  rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Bizimxeber.az bildirir ki, bu barədə məlumatı BelTa Belarusiya prezidentinin mətbuat xidmətinə istinadən xəbər yayıb. Bildirilir ki, prezidentlər Belarusiya ətrafında baş verən vəziyyəti müzakirə ediblər.

Daha əvvəl Belarus lideri, Belarusiyadakı vəziyyəti Putinlə müzakirə etmək niyyətində olduğunu söyləmişdi. Telefon danışığının təfərrüatları barədə əlavə məlumat verilmir. 

Qeyd edək ki, Avqustun 9-da Belarusiyada prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı icazəsiz etirazlar başlayıb. Daha sonra ölkədə ən böyük sənaye müəssisələrində start götürüb, işçilər yeni seçkilər tələb edib və nümayişlərdə etirazçılara qarşı sərt rəftara yol verilib.  Ölkə müxalifəti bütün qərargahları rəsmi seçki nəticələrini tanımadıqlarını elan edib. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84