Lukaşenko həkim formasında xəstə qadının qarnıyla maraqlandı - VİDEO

17:29 - 15 Dekabr
    1170 oxunma

Belarusiya Prezidenti Aleksandr Lukaşenko Mogilevdəki regional klinik xəstəxanada olub. 

Bizimxeber.az BelTA-ya istinadla xəbər verir ki, o, tibb müəssisəsinin işi ilə tanış olub. Xüsusilə, koronavirus infeksiyası olan xəstələrə necə baxıldığıyla maraqlanıb. 

Prezident işgüzar səfəri zamanı COVID-19 xəstələrinin müalicə olunduğu bir neçə şöbəyə baş çəkib. "Qırmızı zona"da işləyən həkimlər və orada yatan xəstələrlə də söhbət edib. Bunu etmək üçün ağ xalat geyinib, maska taxıb və palataya girib.

Lukaşenko palatadakı xəstələrə gülümsəyərək hamının sağ olduğuna işarə edib: "bax hamınız sağsınız”. Yataqda qarnı üstə uzanmış bir qadın özünü yaxşı hiss etdiyini deyib. "Qarnı üstə uzanmaq sizinçün rahatdır?” – o soruşub. Xəstə cavab verib: "Əslində o qədər rahat deyil, amma çarə nədir?”

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84