Lukaşenko hansı yolla xilas ola bilər? - Politoloq

14:48 - 17 Avqust
    2065 oxunma

"Belarusda proseslər çox gərgindir, qan tökülüb”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, ölkə ayaq üstədir: "İnsanlar daha da qəzəblənir. Belə şəraitdə vəziyyətin nizamlanması çox mürəkkəb görünür.

Seçkilər beynəlxalq normalara uyğun keçirilməyib. Amma Lukaşenkonun seçkidən sonra insanlara qarşı işgəncələr verməsi, gənclərə, qadınlara, yeniyetmələrə güc tətbiq etməsi, biabırçı formada onların şəxsiyyətini təhqir etməsi cəmiyyətdə böyük qəzəb doğurub. Açığını deyim ki, mən bunu Lukaşenkodan gözləmirdim. Onu vətənpərvər və dövlətini sevən biri kimi təsəvvür edirdim. Amma bu hərəkətləri onu tamamilə nifuzdan saldı”.

Qabil Hüseyinli deyir ki, artıq proseslərə Rusiya qarışıb: "Bu isə güc tətbiqi deməkdir. Qərb ölkələrindən isə könüllülər gəlir, qarşıdırmanın daha da güclənməsi ehtimal olunur. Hələ ki, kimin qalib çıxacağını söyləmək çox çətindir. Amma Lukaşenko xalqdan üzr istəsə, xalqa doğru addım atsa, vəziyyəti xilas edə bilər”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84