.
.

Lukaşenko hakimiyyəti qohumlarına ötürməyə hazırlaşır

14:50 - 02 Mart
    6840 oxunma

Belarus prezidenti Aleksandr Lukaşenko, 2022-ci ilin əvvəlinə planlaşdırılan prezident seçkilərində hər kəsin iştirak edə biləcəyini deyib. 

Bizimxeber.az "BELTA"-ya istinadən bildirir ki, Lukaşenko müxalifət mətbuatında hakimiyyətin qohumlara ötürülməsi barədə yayılan məlumatları təkzib edib: "Belarusda heç bir transfer ola bilməz. Məndən sonra heç bir uşaq, heç bir nəvə və nəticə bu vəzifəyə iddia edə bilməz. Hər şey Konstitusiya və qanuna uyğun olacaq".

Gələn ilin yanvar-fevral aylarında ölkədə yeni Konstitusiyanın qəbul ediləcəyini deyən Belarus prezidenti yeni qaydaları da şərh edib: "Bu gücün transferidir. Hamı həm parlament, həm də prezident seçkilərində iştirak edə bilər. Dəyişiklik heç bir qadağa qoymur".

Lukaşenko əlavə olaraq bildirib ki, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə aparılmış danışıqlarda Belarusun "hakimiyyət transferi" mövzusu müzakirə olunmayıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84