“Lukaşenko fəhlələrdən dəstək istəməliydi, gecikdi...”- Qorbaçov

13:08 - 19 Avqust
    3065 oxunma

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov Belarusda baş verən hadisələri “Komsomolskaya pravda” qəzetinə şərh edib.

Virtualaz.org xəbər verir ki, Qorbaçov Aleksandr Lukaşenkonun etirazlar başlayan kimi fəhlələrin dəstəyinə müraciət etməli olduğunu bildirib. Lakin onun fikrincə, Lukaşenko bu məsələdə gecikdi.

“Lukaşenko sənaye müəssisələrinin fəhlələrindən dəstək istədi. Lakin belə görünür ki, artıq gecdir”,-o deyib. Qorbaçovun fikrincə, fəhlələrdən Lukaşenkoya lazım olan dəstək gəlmədi. Və bunun səbəbini fəhlələrdə axtarmaq lazım deyil. O, bildirir ki, Belarusda baş verənlərə xarici təsirlər hiss olunur.

Bu arada seçkilərdə Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskaya Litvadan Avropa dövlətlərinə müraciət edərək Belarusdakı seçkilərin nəticələrini tanımamağa çağırıb. Tixanovskayanın müraciəti YouTube-də ingilis dilində yerləşdirilib.

O, belarus xalqının öz haqları uğrunda dinc mübarizə apardığını, avqustun 9-da keçirilmiş seçkilərin saxtalaşdırıldığını, hakimiyyətin nəticələrə etiraz edənlərə qarşı işgəncələr və zor tətbiq etdiyini bildirir. Tixanovskaya qeyd edir ki, hakimiyyətin dinc şəkildə ötürülməsi üçün Milli koordinasiya şurası yaradılması təşəbbüsünü irəli sürüb.

Belarusda etirazlar nisbətən səngisə də davam edir. Bu gün Minsk Təkərli Qoşqular Zavodunun qarşısında etiraza toplaşan fəhlələrə OMON müdaxilə edib, bir neçə nəfərin həbs olunduğu bildirilir.(virtualaz.org)

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84