Lukaşenko etirazçı ilə belə mübahisə etdi - Video

11:39 - 18 Avqust
    2015 oxunma

Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşü zamanı ona “özünü güllələməyi” təklif edən kütləyə yaxınlaşıb. Sözügedən videogörüntülər yerli “Tut.by” portalı tərəfindən yayımlanıb. Görüntülərdə Prezidentin zavodu tərk etdiyi anda işçilərdən birinin “Özünüzü güllələyin, zabit!” deyə qışqırdığı eşidilir. 

Lukaşenko işçi kütləsinə yaxınlaşaraq çağırışlara belə cavab verir: “Yerinizdə dayanın, narahat olmayın, sizi döyməyəcəm. Bu, mənim marağımda deyil. Əgər bir nəfər burda təxribat törətsə, ona qarşı amansız davranacağıq. Ona görə kişi ol. Siz kütləsiniz, mən isə təkəm. Telefonu aşağı sal!”

Xatırladaq ki, Belarusun sənaye nəhəngləri - “Belaruskali”, “Naftan”, MZKT, MTZ, BMZ zavodlarının işçiləri etiraz əlaməti olaraq tətilə çıxıb. İşçilərin tələbləri arasında təhlükəsizlik qüvvələri tərəfindən zorakılığın dayandırılması və günahkarların mühakimə olunması, Aleksandr Lukaşenkonun istefası, seçkilərin qeyri-qanuni olaraq qəbul edilməsi və yeni seçkilərin təyin edilməsi, siyasi məhbusların azad olunması dayanır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84