Lukaşenko Baş prokuroru istefaya göndərdi

15:07 - 09 Sentyabr
    2315 oxunma

Belarus Baş prokuroru Aleksandr Konyuk Prezident Aleksandr Lukaşenkonun qərarı ilə tutduğu vəzifədən azad edilib. Bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb. Baş prokuror vəzifəsinə əvvəllər Dövlət Məhkəmə Ekspertiza Komitəsinə rəhbərlik etmiş Andrey Şved təyin edilib.

Lukaşenkonun sözlərinə görə, keçmiş Baş prokuror özünü diplomatik xidmətdə sınamaq istədiyini bildirib: “Mən bu istəyə qarşı deyiləm. Xarici İşlər naziri ilə əlaqə qurub təkliflərini hazırlamasını xahiş etməliyik”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84