Lotu Qulinin qohumu Bakıda həbs edildi - FOTO

12:09 - 21 Avqust
    1575 oxunma

Türkiyədə qətlə yetirilən Lotu Quli ləqəbli Nadir Səlifovun yaxın qohumu Bakıda saxlanılıb. Saxlanılan şəxsin adı Natiq Binnətovdur. N.Binnətov bir neçə gün əvvəl Xətai rayonunda yerləşən restoranda cinayət törətməyə meyilli bir qrup şəxslə birgə xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edərkən saxlanılıb. 

Onun və məclis iştirakçılarından daha bir neçə nəfərin üzərindən üzərindən narkotik vasitə çıxıb. N.Binnətov və daha bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib. N.Binnətov əvvəllər də həbsdə olub. Xatırladaq ki, Lotu Quli ləqəbli Nadir Səlifov avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə gülllənərək qətlə yetirilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84