"Lotu Quli"nin qatili ifadə verdi - "Sevmədiyim üçün öldürdüm" - FOTO - VİDEO

16:09 - 21 Avqust
    4295 oxunma

Azərbaycanlı "qanuni oğru" "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovu Antalyada bir hoteldə yemək yeyərkən öldürən ən yaxın adamı Xəqan Zeynalov (Xan Əhmədlinski) və sürücüsü Amir Hamidli ifadələri alındıqdan sonra bu gün Serik cəzacəkmə müəssisəsinə aparılıblar. 

Bizimxeber.az bildirir ki, ciddi nəzarət altında binadan çıxarılan şübhəlilərə təhlükəsizlik üçün gülləkeçirməz jilet geyindirilib.

Bu arada Xan Zeynalovun "Lotu Quli"ni niyə öldürməsiylə bağlı verdiyi ifadə ortaya çıxıb.

Bizimxeber.az ifadəni təqdim edir - "Quli" ilə birlikdə böyüdüm. Ən yaxın adamı oldum. "Quli"ni heç sevmirdim. Birlikdə yaşadıq, birlikdə böyüdük. İllərlə qorumalığını etdim. Amma onu heç sevmədim. Bu işi onu sevməyə-sevməyə etmişdim. Sevmədiyim uçun də öldürdüm". 

Bildirək ki, Azərbaycanlı "qanuni oğru" "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov bu gün İstanbulda dəfn olunub.

 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84