“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var - VİDEO

11:18 - 26 Noyabr
    13140 oxunma

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru "Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında davaya səbəb olub. 

Bizimxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə URA.ru məlumat yayıb. Nəşrin məlumatına görə, Qulinin davamçısı – qardaşı Namiq Səlifov (Bakinski) dörd nömrəli tərəvəz bazasına yeni "nəzarətçi” təyin edib. Samir adlı şəxs Türkiyədən Rusiyaya gedib və yeni nəzarət bölgəsində yeni qaydalar qurub. 

Nəticədə narazılıq artıb və tərəvəz anbarında "Pələng” ("Tiqr”) kimi tanınan şəxs bıçaqla bazanın iki mühafizəçisini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başladılıb.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84