London metrosunda Azərbaycanla bağlı lövhələr - Fotolar

17:16 - 28 Dekabr
    1120 oxunma

Böyük Britaniyadakı azərbaycanlı icmasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə London şəhərində Azərbaycanın zəngin mədəniyyətini və ənənələrini vəsf edən layihə gerçəkləşdirilib.

London metrosunun 20 stansiyasında quraşdırılmış 6 lövhədə milli mədəniyyətimizin müxtəlifliyini və rəngarəngliyini əks etdirən fotoşəkillər bir-birini əvəzləyir.

Bakının memarlıq abidələrinin, Qarabağ atlarının, şirniyyat nümunələrinin və Xarı bülbülün əks olunduğu fotoşəkillər "Şərqlə Qərbin görüşdüyü Azərbaycanda memarlıq sənətinin rəngarəngliyi", "Azərbaycanın Qarabağ atları", "Azərbaycanın milli mətbəxi" təqdimatları ilə nümayiş olunur.

Sərnişinlər tərəfindən olduqca maraqla qarşılanan layihənin icrasına dekabrın 20-dən başlanılıb. Layihə 3 yanvar 2021-ci ilədək davam edəcək.


Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84