Ölüm aclığına başlayan jurnalistin durumu ağırlaşıb

15:28 - 29 İyul
    1680 oxunma

Ölüm aclığına başlayan jurnalistin durumu ağırlaşıb Ölüm aclığına başlayan jurnalist Zaur Qənbərovun sağlıq durumunda ağırlaşmalar var. Onun vəziyyəti getdikcə pisləşir. Jurnalist üzlədiyi qanunsuzluqlara etiraz əlaməti olaraq artıq 5-ci gündür ki, aksiyanı davam etdirir. Bununla bağlı o, özünün facebook divarında paylaşdığı statusda prezident İlham Əliyevə xitabən yazıb ki, bu ilin may ayının 4-də peşə fəaliyyətimi həyata keçirərkən Gədəbəy rayon İcra Hakimiyyəti başçısı İbrahim Mustafayevin tapşırığı ilə DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülüb.

Buna baxmayaraq, İbrahim Mustafayevin göstərişi ilə Gədəbəy rayon Polis Şöbəsində qarşı tərəfə yox, mənə qarşı cinayət işi qaldırılıb və qərəzli şəkildə tamamlanaraq prokurorluğa göndərilib. Keçmiş prokuror Allahverdi Səfərov mənə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə saxta cinayət başlayıb: “İstintaqa və prokurorluğa təqdim etdiyim heç bir sübut və etiraz qəbul edilmədən mən təqsirli hesab edilmişəm. İstintaqın qərəzli aparıldığına dair daxili işlər nazirinə və baş prokurora yazdığım bütün şikayətlər araşdırılmaq üçün yerli qurumlara, bu qərəzli istintaqı aparan qurumlara göndərilib.

Belə görünür ki, İbrahim Mustafayev qardaşı İsgəndər Mustafayev vasitəsilə bu orqanların rəhbərlərindən mənim həbsimə icazə alıb. Cənab Prezident, Mən Azərbaycan Konstitusiyasına və Müqəddəs Qurana and içərək bildirirəm ki, mənim günahım yoxdur. Mənim guya onları döyməyim haqqında DSMF-nin Gədəbəy rayon şöbəsinin 11 nəfər korrupsiyaya qurşanmış işçisinin imzaladığı akt saxtadır.

Əksinə həmin gün mən döyülmüsəm, telefonum sındırılıb, təhqir edilmişəm. Mənim yeganə günahım sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində "hörmət" qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çoxsaylı əsaslı sübutlar var və həmin sübutları obyektiv istintaq aparılacağı təqdirdə təqdim edəcəm.

Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq bu gündən ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84