Ölkəyə vaksinlər nə zaman gətiriləcək? - Gözləyirik hələ

11:33 - 29 Avqust
    2715 oxunma

Payız-qış mövsümündə qrip və buna bənzər virusların artması gözlənilir. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, bütün hallarda istər COVID-19, istərsə də digər respirator viruslarla mübarizə çərçivəsində atılan addımlar bənzərdir: “Bu istiqamətdə mövsümi qrip əleyhinə vaksinlər yaxın iki aya qədər ölkəyə gətiriləcək. Bu COVID-19 əleyhinə vaksin deyil, səhv salmayaq.

Biz qrip və buna bənzər viruslar əleyhinə vaksinlərlə mübarizəni davam etdirəcəyik. Çünki koronavirusla paralel digər infeksiyalar insanların səhhətində ağırlaşmalara səbəb ola bilər. Bununla, biz yoluxma sayının artımının qarşısını alacağımıza, yoluxma sayını nəzarətdə saxlayacağımıza inanırıq”

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84