Ölkədə işsizlik səviyyəsi 7,2% təşkil edib? - Statistika Komitəsi açıqladı

15:37 - 16 Sentyabr
    1780 oxunma

2020-ci il sentyabrın 1-i vәziyyәtinә ilkin mәlumatlara әsasәn iqtisadi fәal әhalinin sayı 5 milyon 238,6 min nәfәr olmuş, onlardan 4 milyon 884,7 min nәfәrini mәşğul әhali tәşkil etmişdir. Ölkədə işsizlik səviyyəsi 7,2% təşkil edib.

Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari il avqustun 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 milyon 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 milyon 647,1 min nәfәr çalışmışdır.

İşsizliyin sәviyyәsi – işsizlәrin sayının iqtisadi fәal әhalinin sayında faizlә ölçülәn xüsusi çәkisidir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84