Liviya hökuməti Həftərə 48 saat vaxt verdi

12:41 - 26 May
    935 oxunma

Liviya Milli Razılaşma Hökumətinin ordusu Xəlifə Həftərin başçılıq etdiyi qiyamçılaraL qarşı hərbi əməliyyatları 48 saat müddətinə dayandırıb.  Bu qərarsilahlı qarşıdurmanın  qarşısını almaq məqsədilə atılıb. 

Qeyd edilir ki, hökümət ordusu Trapolinin cənubunda geri çəkilən Həftər döyüşçülərinin maşınlarına və texnikalarına zərbələr endirməyəcək. Ancaq ərazidə  patrul xidməti aparılacaq və qiyamçılar imala doğru irəliləməyə çalışsa, onlara zərbə endirilməsi davam ediləcək. Milli Razılaşma Hökuməti, bunun Liviyanın şərqindəki qanunsuz silahlı dəstələr üçün son şans olduğunu bəyan edib. 

Qeyd edək ki, hazırda MRH-ni dəstəkləyən  Türkiyə rəsmi Tripolini  avadanlıq, döyüş sursatı və hava dəstəyi ilə təmin edir.

Xəlifə Həftərə isə Misir və Səudiyyə Ərəbistanı dəstəkm verir. Birləşmiş Ərəb Əmirliklərio və Fransa isə Həftərin qeyri-rəsmi müttəfiqi rolunda çıxış edir. Qiyamçıları  silah və döyüş təyyarələri ilə təmin edən Rusiya isə son günlər mövqeyini dəyişib. Rusiyaya məxsus “Vaqner”  muzdlu döyüşçüləri mayın 24-də Liviyadan çıxarılıb.

Azad
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84