"Liverpul" Adam Lallana ilə yeni müqavilə imzalamayacaq

03:04 - 09 İyul
    11275 oxunma

İngiltərənin "Liverpul" futbol klubunun futbolçusu Adam Lallana cari mövsüm başa çatdıqdan sonra, komandadan ayrılacaq.

Bizimxeber.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib. Almaniyalı mütəxəssis 32 yaşlı yarımmüdafiəçi ilə başa çatacaq müqaviləni qarşılıqlı razılaşma əsasında yeniləməyəcəklərini deyib: “Adamın "Liverpul"dan ayrılacağı aydındır. 

O, yaxşı futbolçudur və məşqlərdə iştirakı ilə hər kəsə nümunədir. Adam peşəkardır, ona çox hörmət edirik. Mənim üçün Adam artıq "Liverpul"un əfsanəsidir və gələn mövsümdən başqa yerdə bir əfsanə ola bilər”.

Qeyd edək ki, A.Lallana 2014-cü ildən "Liverpul"da oynayır.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84