Lionel Messi:"Psixoloji cəhətdən çətindir"

14:04 - 15 May
    1675 oxunma

"Yoluxma riski hər yerdə var. Artıq evi tərk edən kimi onunla qarşılaşırsan. Bu səbəbdən, koronavirus barədə çox düşünmək lazım deyil. Özünü heç yerə getməməyə məcbur etmək mümkün deyil".
 
Bizimxeber.az
-in məlumatına görə, bu fikirləri İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi "Sport.es" nəşrinə açıqlamasında deyib.
 
33 yaşlı hücumçu qaydalara əməl etməyin və maksimum ehtiyat tədbirlər görməyin gərəkliyini anladıqlarını bildirib. Argentinalı forvard yarışların bərpa olunmasını gözlədiyini söyləyib: "Şəxsən mən yarışların bərpasını səbirsizliklə gözləyirəm. Hər şeyin qəribə alınacağını bilirik. Çünki tribunlarda azarkeşlər olmayacaq. Bizi ailələlərimizdən ayırmalarını istəmirik. Ancaq bunun necə görünəcəyinə baxmaq lazımdır".
 
Messi karantin dövründə də məşq etdiyini açıqlayıb: 

"Fiziki baxımdan hər şey yaxşıdır. Doğrudur, məşqçilərin rəhbərliyi altında məşq etmək daha fərqlidir. Lakin mən bütün bu günlər evdə də olsa məşq edirdim. Bu mənə formada qalmağıma kömək edirdi. Əlbəttə ki, hər kəs üçün psixoloji cəhətdən çətindir, çünki vəziyyət çox qəribədir. Amma ailənin, uşaqların dəstəyi ilə düşünürəm ki, biz birgə öhdəsindən gəldik və onlardan faydalandıq", - deyə Messi əlavə edib.


Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. Komandalara ötən həftə məşqlərə qayıtmağa icazə verilib. Artıq "Barselona"-nın oyunçuları mayın 8-də fərdi məşqlərini bərpa ediblər.

Xatırladaq ki, Messi 2019/20 mövsümündə bütün turnirlər üzrə 24 matçda 31 qol vurub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84