. .

Ölənlərin sayı 4 mini keçdi - Yoluxma azaldı

16:47 - 14 Aprel
    11691 oxunma

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizimxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32 052 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3 054 472 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 31 028 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 243 191, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 813 413, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429 778 təşkil edir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84