Lənkəranda nə baş verib?-  Əsgərə şəhid statusu verilmədi?  – Video

15:20 - 22 Noyabr
    8310 oxunma

Vətən müharibəsində iştirak etmiş Lənkəranın Osaküçə kənd sakini, əsgər Əflatun Fərəcova şəhid statusu verilməməsi rayonu ayağa qaldırıb. Reportyor.info xəbər verir ki, qəzəblənən sakinlər etiraza qalxaraq aksiya keçiriblər, Ə.Fərəcova şəhid statusu verilməsini tələb ediblər. Nəşi kəndə gətirilən əsgərin yaxınlarına bildirilib ki, Fərəcov maşın qəzasında dünyasını dəyişib və ona şəhidlik verilməyib.

Bundan hiddətlənən Osaküçə kənd camaatı və sakinlər küçələrə çıxaraq yürüş ediblər, qarşıdurma yaranıb. Vəziyyətin gərginləşdiyini görən yerli icra orqanı etirazçılara Ə.Fərəcova şəhidlik statusunu veriləcəyini bildirib.

Lakin hadisə ilə bağlı Müdafiə Nazirliyindən və Lənkəran şəhər İcra Hakimiyyətindən heç bir açıqlama verilməyib. Məlumats görə, mərhum əsgərin atası və anası həyatda yoxdur. Ümid edirik ki, tezliklə müvafiq qurumlar baş verənlərə münasibət bildirəcək, lazımı addımlar atılacaq.

Bu arada Lənkərandan olan ziyalı Yadigar Sadıqlı feysbuk hesabında əsgərin şəhid olduğunu təsdiqləyən faktın sakinlər tərəfindən sübut olunduğunu, hadisənin təfərrüatını yazıb. /Reportyor.info/

***

Lənkəran Şəhər İcra Hakimiyyəti döyuş tapşırığını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osakücə kəndi sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

Məlumatda qeyd olunur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84