Lənkəranda DSK-nın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır - VİDEO

16:03 - 29 İyul
    1775 oxunma

73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasına məxsus ərazinin həyəti təsərrüfat məqsədləri üçün istifadə edilir. Bizimxeber.az bildirir ki, bu barədə Lənkəran sakinləri məlumat veriblər. Bildirilib ki, DSK-ya məxsus binanın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır. Həmin DSK-nın sədri Kərim Heydərov isə burada təəccüblü bir şey görmür. K.Heydərov Oxu.Az-a açıqlamasında deyib ki, DSK-nın gözətçisi həmin ərazidə yaşayır. 

“Mən özüm gözətçiyə demişəm ki, həyət-bacanı ot basmasın, ora səliqəyə salınsın. Gözətçi boranını, pomidoru əkib Moskvaya satmır. Orada ağac da əkilib, burada qeyri-adi nə var ki?!”, - deyə K.Heydərov əlavə edib. K.Heydərov daha sonra bildirib: “Gözətçiyə mən tapşırmışam. Səhər gələndə həyətə girirəm, baxıram görürəm ki, iki dənə xiyar. Mən də yeyirəm.

Orada bütün sahə üzrə tərəvəz əkilməyib ki! Altı-yeddi dənə xiyardır, dörd-beş dənə pomidordur, iki-üç dənə də boranı”. DSK sədri qeyd edib ki, həmin idarənin ərazisində yardımçı təsərrüfatın yaradılması qanunazidd deyil.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84