“Real”ın futbolçusunu 12 ilə qədər həbs gözləyir - FOTO

01:10 - 20 Mart
    8736492 oxunma

“Real Madrid”in serbiyalı futbolçusu Luku Yoviç koronavirusla bağlı tətbiq olunan karantin rejiminə əməl etmir.

Bizimxeber.az “Ria.ru”ya istinadən xəbər verir ki, futbolçu Serbiyada tətbiq olunan karantin rejimini pozmaqda günahlandırılır.

Serbiya millisinin hücumçusu ötən həftə Belqrad şəhərinə uçub. Orada 28 günlük karantin rejimi və izolyasiya tədbirlərinə əməl etmək əvəzinə, Luku Yoviç küçədə gəzərkən, eləcə də şəkil çəkdirərkən görüntülənib.

Луку Йович üçün şəkil nəticəsi

Həmçinin rəfiqəsinin ad günündə gecə klublarından birində əylənərkən şəkilləri yayılıb.

Qeyd edək ki, Serbiyanın baş naziri Ana Brnabiçin imzaladığı qərara əsasən, ölkədə karantin rejimini pozanları 12 il həbs cəzası gözləyə bilər.

Ölkənin daxili işlər naziri Neboşa Stefanoviç isə açıqlamasında bildirib ki, hökumət karantin rejiminə məhəl qoymayan zəngin idmançıları qanuna tabe olmağa məcbur edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84