. .

Lavrovun İrəvana səfərinin gündəliyi - Saxta Soyqırım abidəsini ziyarət edəcək

13:49 - 05 May
    874 oxunma


Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinin gündəliyi açıqlanıb.

"Bizimxeber" "Sputnik Armenia"ya istinadən bildirir ki, Lavrovun 5-6 may tarixlərində İrəvanda olacaq.  Əsas rəsmi görüşlər mayın 6-da keçiriləcək. İki ölkənin xarici işlər nazirlərinin görüşündən sonra birgə mətbuat konfransı baş tutacaq. 

Lavrov səfər zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tsitsernakaberd kompleksini ziyarət edəcək.

Qeyd edək ki, Sergey Lavrovun Azərbaycana oxşar səfəri 10-11 may tarixlərində baş tutacaq. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səfər barədə açıqlamasında bildirib ki, təmaslar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin geniş spektrinə hərtərəfli baxılmasının planlaşdırıldığını deyib. Dağlıq Qarabağla bağlı bəyanatlara üstünlük veriləcək.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84