Lavrov Ermənistandakı etiraz aksiyalarına münasibət bildirdi

14:14 - 12 Noyabr
    1560 oxunma

“Moskva Ermənistandakı müxalifətin Dağlıq Qarabağla bağlı razılaşma mövzusunda necə spekulyasiya etməyə çalışdığını görür”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransında deyib.

“Bəli, indi İrəvanda başlayan etirazları görürük. Müxalifətin bu vəziyyət barədə necə spekulyasiya etməyə çalışdığını görürük”,- deyə Rusiya XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, ötən gün Ermənistan müxalifəti İrəvanda kütləvi etiraz aksiyası təşkil edərək baş nazir Nikol Paşinyanın Qarabağda atəşkəs razılaşması imzaladığı üçün istefasını tələb ediblər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84