.
.

Latviya Seymi qondarma erməni soyqırımını tanıdı

14:55 - 06 May
    2560 oxunma


Latviya Seymi də ermənilərin qondarma soyqırımını tanıyıb.

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistanın Latviya, Litva və Estoniyadakı səfiri Tiqran Mkrtçyan özünün Facebook səhifəsində yazıb və qətnamənin tərcümə etdirərək yayıb. 

Erməni səfir yazıb ki, bu qətnamə son illərin yorulmaz diplomatik işinin, intensiv görüşlərin, diplomatiyanın, erməni icması və kilsəsinin işinin nəticəsidir. 

Bildirilir ki, 100 millət vəkilindən 58-i qətnamənin lehinə səs verib. Səsvermədə rus millətindən olan millət vəkilləri iştirak edərək lehinə səs veriblər.

Qeyd edək ki, Latviya Parlamentinin xüsusi komitəsi, Qondarma erməni soyqırımının tanınması barədə qətnaməni rədd etmişdir. Səsvermədə müvəqqəti komitənin doqquz üzvündən biri qətnamənin əleyhinə, dörd nəfər bitərəf qalmışdır. Nəticədə sənəd rədd edilmişdir.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84