Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

16:56 - 27 Noyabr
    2830 oxunma

Əslən Laçından olan polkovnik-leytenant Rəşad Sadıqovun ən böyük arzusu ata yurdunun düşmən tapdağından azad edilməsi olub. Elə Laçın uğrunda gedən döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb.  

Rəşad Sadıqov Zəngilan, Qubadlı, Füzuli və Cəbrayılın işğaldan azad edilməsində müstəsna xidmətlər göstərmiş zabitlərimizdən olub. Qələbə xəbərlərini ilk olaraq atası Xanlar Sadıqovla bölüşüb. Lakin Rəşadın ölüm xəbərinə dözə bilməyən ata şəhid oğlunu dəfn edəndən 13 gün sonra vəfat edib.

Bu gün Rəşadın iki övladı yadigar qalıb: 11 yaşlı Nihat və doqquz yaşlı Nuray. Nihat deyir ki, atası hər zaman onun qəhrəmanı olub. Bu gün isə o, bütün Azərbaycanın qəhrəmanıdır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84