Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur

17:58 - 10 İyul
    1200 oxunma

Dünyada epidemioloji vəziyyət heç də qənaətbəxş deyil. Azərbaycan milli və regional səviyyədə olduğu kimi qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır. O qeyd edib ki, BMT tarixində cəmi 30 xüsusi sessiya keçirilib və bu xüsusi sessiya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.
Onun sözlərinə görə, Azərbaycanın epidemiya ilə mübarizə istiqamətində gördüyü tədbirlər xaricdən olan həmkarları tərəfindən yüksək qiymətləndirilir.

H.Hacıyev bildirib ki, pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur. O qeyd edib ki, Kubanın epidemiyaya qarşı zəngin təcrübəsi var, ebola virusu ilə mübarizədə Kubanın təcrübəsi dünyada yüksək qiymətləndirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84