. .

"Kristal Abşeron"un kranı aşdı -  Ölən və yaralanan var

17:15 - 26 Aprel
    6110 oxunma

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

Hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.

Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bizimxeber.az-a daxil olan məlumata görə, bina "Kristal Abşeron"a məxsusdur. 

Faktla bağlı araşdırma aparılır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84