.
.

Krım su altında qaldı - FOTOLAR - VİDEO

16:40 - 18 İyun
    3986 oxunma


Krımın Kerç və Yalta şəhərlərində güclü leysan yağışları sel və daşqınlara səbəb olub, şəhər infrastrukturuna böyük ziyan dəyib. Bizimxeber.az "Ria Novosti"yə istinadən bildirir ki, daşqınlarla əlaqədar hər iki şəhər meriyası fövqəladə vəziyyət elan edib. 

Məlumatda qeyd olunur ki, təkcə Yalta şəhərinə 6 saata aylıq normaya bərabər yağıntı düşüb. Şəhər rəhbəri Yanina Pavlenko şəhərə təhlükəsizlik səbəbilə girişin bağlandığını elan edib. Belə ki, aramsız yağışlar şəhərdə çayların məcrasından çıxmasına yol açaraq maşınların və insanların hərəkətini mümkünsüz edib.

Bundan əlavə şiddətli yağışlar Aluşta, Simferopol, Sevastopol, Evpatoria şəhərlərində də davam edir. Proqnozlara görə, bu şəhərlərdə yağışlar cümə gününün ikinci yarısında siklonun hərəkətini cənub-qərbə doğru dəyişməsi ilə dayanacaq.

Sinoptiklər hava şəraitinin yalnız 21 iyunda tam normallaşacağını proqnoz verir.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84